"Görürük ki, müsəlman dövlətlər içərisində ən çox Türkiyə İsrailin əleyhinə çıxdı. Bu, müsəlman dünyasında rəğbət qazanmaq deməkdir. Təsəvvür edin ki, NATO-da ikinci qüvvə olan Türkiyə Həmasın tərəfindədir. Çox maraqlı bir siyasi gedişatdır. İsrailin genişlənməsi Amerikanın genişlənməsi deməkdir. Amerikanın genişlənməsi NATO-nun genişlənməsi deməkdir. Buna nə Türkiyə, nə də Rusiya göz yuma bilməz".
Bu fikirləri "MediaPost"a açıqlamasında konfliktoloq Elman Vəliyev səsləndirib. O bildirib ki, İsrail-Həmas münaqişəsi təkcə bu iki tərəf arasındakı maraqlardan ibarət deyil: "Ancaq görürük ki, Münaqişə episentri Türkiyə, Amerika, Rusiya və İranın sərhədlərindən uzaqdadır. O zaman bu dövlətlərin niyə narahat olduqları sual doğurur. Türkiyənin əsas iki marağı var:
1. Müsəlman dünyasında dominant aktor rolunu almaq.
2. NATO-nun ekspansiya siyasətini yaxına buraxmamaq.
Amerikanın məqsədi də bəllidir. Əsasən, "bütün dünya bizə xidmət etməlidir, biz nəyi tətbiq ediriksə, hamı da ona boyun əyməlidir" şüarını əlində bayraq edib. Amerikanın yəhudi ailələrinin idarəsində olduğunu düşünsək, bu münaqişədiki yerinin təəccüblü olmadığını deyə bilərik. Rusiyanın əsas məqsədlərindən biri isə isti dənizlərə çıxışını itirməməkdir. Qara dənizə onsuzda çıxışır rahatdır. Aralıq dənizi isə konfliktlərin səbəbidir. Aralıq dənizinə isə Suriya vasitəsilə çıxışını təmin edir. Burada dini faktor da müəyyən rol oynayır. Belə ki, yəhudilər xristianlarla da uzlaşmır. Yəni ruslar yəhudiləri sevmirlər. Amerikanın Rusiyanın düşməni olduğunu nəzərə alsaq,Kremlin Fələstinin suverenliyini dəstəkləməsini məntiqini qəbul edə bilərik. Bölgədə Rusiyanın əsas qolu isə Rusiyadır və Kreml ona ziyan gəlməsinə qətiyyən imkan verə bilməz. İranın siyasəti isə çox qarışıqdır. Tehranın Vaşinqtonla yüz faiz düşmən olduğunu deyənlər üzdə həyata keçirilən siyasətə aldananlardır. İranın əsas məqsədi İsraili bölgədə saxlamaq və sərhədlərinə gəlməməsinə çalışmaqdır. Həmçinin Tehran istəmir ki, Türkiyə sünni tərəfi olaraq müsəlman dünyasında söz sahibi olsun. İran gözləri özündən uzaq saxlayaraq öz silah arsenalın ı(nüvəsini) artırır. Satış bazarları isə onsuzda genişdir".
Politoloqun sözlərinə görə, digər maraq qrupları içərisində Avropa Birliyi də yer almaqdadır: "AB üçün əsas enerji mənbələridir. Bu mənbələri Latın Amerikasında və Aralıq dənizi dövlətlərində axtarırlar. Tarixə baxsaq görərik ki, Suveyş kanalı ingilislər üçün çox əhəmiyyətli bir yerdir. İndi də həmin kanal mühüm rola malikdir. Yəni Orta Şərq həmişə maraq dairəsindədir. Amma açıq şəkildə hamısı İsraili dəstəkləmir. Düşünürlər ki, aşkar dəstək göstərsələr, müsəlman dövlətlərindən gələn enerji resursları kəsilə bilər. Yəni balans siyasəti yeritməyə məcburdurlar. Burada önəmli bir məsələ xalqların, toplumun İsraili və Amerikanı qınamasıdır. Amerikada əhali iqtidarı sərt şəkildə qınayır. Qəzzada ölənlərin günahkarı kimi iqtidarı qələmə verir. Bu, hazırkı demokratlar üçün yaxşı şeylər vəd etmir. Bunu nəzərə alan demokratlar, mütləq, "qızıl orta"nı tapmağa çalışacaq. İsrail-Həmas müharibəsinin sonu kompromisə daha yaxındır. Bölgədə ortaq bir idarə sistemi hər iki tərəf üçün sərfedici ola bilər. Əminəm ki, buna cəhd edəcəklər. Bu mövzuda Türkiyə və Amerika yaxşı rola malikdir. İsrail bu vəziyyətdə genişlənə bilməz. Çünki ona qarşı aktiv müharibə tərəfləri daha da artır. Artıq "husilər" də konfliktə qoşulur. Amma həmin müharibə tərəfləri də bir-birinə ziddirlər. Yəni Hizbullah istəməz ki, Həmas bölgədə söz sahibi olsun. Mahmud Abbas istəməz ki, Həmasın lideri azad Fələstin dövlətinin rəhbəri olsun".