AZ

Putinlə bağlı ŞOK xəbərdarlıq: Onun Fars körfəzinə səfəri göstərir ki...

Ukrayna cəbhəsindəki durğunluq fonunda Vladimir Putin üçün geosiyasi vəziyyət nəzərəçarpacaq dərəcədə yaxşılaşır.

Musavat.com xəbər verir ki, bu fikir Bloombergin geniş məqaləsində əksini tapıb. Nəşr yazır ki, Qərbin Rusiyanı beynəlxalq təcrid vəziyyətinə salmaq cəhdləri nəticə vermir.

Yazıda qeyd olunur ki, çox qısa müddət öncə - avqustda Putin Beynəlxalq Cinayət Məhkəməsinin qərarı əsasında həbs olunacağından qorxduğu üçün Cənubi Afrikadakı BRİKS sammitinə getməmişdi. İndi isə o, Birləşmiş Ştatların uzun müddətdir tərəfdaşları olan iki ən böyük körfəz dövlətinə - Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə yollanır.

Vəziyyətin dəyişməsini Rusiyanın xarici işlər naziri Sergey Lavrovun keçən həftə Şimali Makedoniyada ATƏT-in konfransına səfəri sübut edir. Keçən il ona oxşar tədbirdə iştirak qadağan edilmişdi.

Diplomatik təcridin yumşaldılması təcavüzkar ölkə üçün yeganə xoş xəbər deyil. Bloomberg bildirir ki, Qərbin Rusiya iqtisadiyyatını sıxışdırmağa yönəlmiş sanksiyalarına baxmayaraq, əksinə, o, tədricən özünə gəlir və uzunmüddətli müharibəyə uyğunlaşır. Eyni zamanda, ABŞ Konqresi hələ də Amerikanın Ukraynaya yardımının ayrılmasına mane olur, Avropada isə Ukrayna müharibəsindən yorğunluq artır.

Bundan başqa, dünyanın diqqətini Yaxın Şərqə cəlb edən İsraillə HƏMAS arasında münaqişənin alovlanması Rusiyanın əlinə oynadı: “Putin gözləmə oyununu oynayır. Düzdür, Moskva Ukraynadakı müharibəni davam etdirmək üçün öz resurslarını tükədir və onun bir vaxtlar dominant olan Avropa ticarəti tam iflasa uğrayıb. Lakin Putinin Fars körfəzinə səfəri göstərir ki, o, dünyanın digər əraziləri ilə əlaqələr qurmağa qadirdir. Bu isə Rusiyanın dayanıqlığının yeni əlamətidir”.

Musavat.com

Seçilən
598
44
musavat.com

10Mənbələr