AZ

Ukrayna: Rusiyanın Mikolayiv vilayətinə raket hücumu nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Ukrayna: Rusiyanın Mikolayiv vilayətinə raket hücumu nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Rusiya ordusunun Ukraynanın Mikolayiv vilayətində həyata keçirdiyi raket hücumu nəticəsində 1 nəfərin öldüyü, 16 nəfərin yaralandığı bildirilib.Mikolayiv vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vitali Kim sosial media hesabındakı paylaşımında Rusiyanın bölgəyə S-300/400 model raketləri ilə hücum etdiyini bildirib.Rusiya ordusunun gecə saatlarında Mikolayiv vilayətinin inzibati mərkəzi olan Mikolayiv şəhərinə S-300 raketləri ilə hücum etdiyini qeyd edən Kim, "İnfrastruktur obyekti, restoran kompleksi, ticarət yerləri, evlər və maşınlara ziyan dəyib. Yanğın baş verib. Yanğını söndürmək üçün işlər davam edir. Hücum nəticəsində 1 qadın həyatını itirib, 16 nəfər isə yaralanıb" bildirib.Donetsk Vilayəti Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin sosial media hesabından verdiyi açıqlamada dünən Rusiyanın bölgəyə hücumu nəticəsində 5 mülki vətəndaşın yaralandığı barədə məlumat paylaşıb.Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada dünən axşam saatlarında Rusiya Mikolayiv bölgəsinə 7 ədəd “S-300/400” model zenit raketi, Çerniqov və Sumi bölgələrinə 2 ədəd “X-59” tipli raketi və 17 ədəd "Şahed" tipli pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.Açıqlamada bildirilib ki, hava döyüşləri nəticəsində Mikolayiv, Kiyev, Odessa, Poltav, Çerniqov, Kirovoqrad və Çerkassı vilayətlərində 12 PUA vurulub.Mənbə: AA

Seçilən
12
5
afn.az

6Mənbələr