AZ

Rusiyanın Zaporojya bölgəsinə hücumu onkoloji mərkəzə ziyan vurub, ölənlər var

Rusiya ordusunun Ukraynanın cənub-şərqindəki Zaporojya şəhərinə hücumu nəticəsində 4 nəfər ölüb, 33 nəfər yaralanıb.

"Operativ Media" xəbər verir ki, hücum zamanı xeyli ev dağılıb, onkoloji mərkəz isə ciddi zərər görüb.

Regionun qubernatoru İvan Fyodorov Telegram hesabında yaralananlar arasında dörd aylıq bir qız, 1 və 10 yaşlarında iki oğlan uşağının olduğunu yazıb.

Fyodorovun sözlərinə görə, Rusiya ordusu şəhərə 6 bomba atıb, onların hamısı mülki infrastruktura, o cümlədən fərdi evlərə və beş mərtəbəli yaşayış binasına dəyib.

Şəhər rəhbərliyi dağıntılar altında daha çox insanın qalması ehtimalı ilə xilasetmə əməliyyatının davam etdiyini bildirib.

Seçilən
7
5
operativmedia.az

6Mənbələr