AZ

Rusiya ordusu Ukraynanın Mikolayiv bölgəsini hədəf aldı

Rusiya ordusunun Ukraynanın Mikolayiv bölgəsinə təşkil etdiyi raket hücumu nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Mikolayiv vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vitali Kim rəsmi internet səhifəsində etdiyi paylaşımda Rusiyanın bölgəyə S-300/400 model raketləri ilə hücum etdiyini bildirib.

Rusiya ordusunun gecə saatlarında Mikolayiv vilayətinin inzibati mərkəzi olan Mikolayiv şəhərinə S-300 raketləri ilə hücum etdiyini qeyd edən Kim deyib: "İnfrastruktur obyekti, restoran kompleksi, ticarət yerləri, evlər və maşınlara ziyan dəyib. Yanğın baş verib. Yanğının söndürülməsi istiqamətində işlər aparılır. Hücum nəticəsində 1 nəfər həyatını itirib, 16 nəfər yaralanıb''.

Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin isə etdiyi paylaşımda Rusiyanın dünən bölgəyə təşkil etdiyi hücum nəticəsində 5 mülki vətəndaşın yaralandığını bildirib.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığından verilən açıqlamada Rusiyanın dünən axşam saatlarında Mikolayiv bölgəsinə 7 ədəd “S-300/400” model zenit raketi, Çerniqov və Sumi bölgələrinə 2 ədəd “X-59” tipli raket və 17 ədəd "Şahed" tipli pilotsuz uçuş aparatı ilə hücum etdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, hava döyüşləri nəticəsində Mikolayiv, Kiyev, Odessa, Poltav, Çerniqov, Kirovoqrad və Çerkassı vilayətlərində 12 PUA məhv edilib.



Seçilən
8
5
trt.net.tr

6Mənbələr