“Səbail” son 21 matçda "Neftçi"yə qalib gələ bilməyib!
Bu gün və sabah Misli premyer-liqasında 10-cu turun daha dörd oyunu keçiriləcək.
Bu matçlar, həmişə olduğu kimi, "CBC Sport"un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
2-ci dövrə, 10-cu tur
19 oktyabr
Şamaxı - Araz-Naxçıvan
"Şamaxı"nın bu rəqiblə ev oyunlarının balansı: 2:+2=0-0, 3:1.
2000/01 - 3:1. 2001/02 - +:-*.
* - texniki nəticə top fərqində nəzərə alınmayıb.
Cəzalılar: Belajdi Pusi, Brahim Konate, İlkin Muradov (hamısı "Şamaxı").
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: FƏRİD HACIYEV, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Akif Əmirəli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı, şəhər stadionu. Saat 15.30.
İkinci oyun gününə Şamaxıda start veriləcək. Bölgənin eyniadlı komandası "doğma divarlar" arasında "Araz-Naxçıvan"ı sınağa çəkəcək. Mövsümə ürəkaçan nəticələrlə başlayan "şirlər" 9-cu turda "Səbail"ə uduzmaqla azarkeşlərinin ürəyinə qorxu saldı. Məğlubiyyəti göz muncuğu kimi dəyərləndirənlər də var, kollektivin eniş xəttinin başlanğıcı olduğunu düşününlər də. Hər halda, Ayxan Abbasov təcrübəsini danışdırmalı, komandasını toparlamalı və "Şamaxı"nın yuxarı pillələrdə qərarlaşması üşün əlindən gələni etməlidi. Evdə keçirilən oyun azarkeşlərin də dəstəyi sayəsində "şirlər"in önəmli qələbəsiylə nəticələnə bilər.
Statistikadan da göründüyü kimi, "Araz-Naxçıvan" birinci və sonuncu dəfə 24 mövsüm əvvəl bu rəqibin qonağı olub. Onda hələ "Şamaxı" "Xəzər Universiteti" adlanırdı. İndi Muxtar Respublika təmsilçisi premyer-liqa komandalarına meydan oxuyur. "Qırmızı-ağlar"ın avrokuboklar uğrunda mübarizə apardığını bilirik. Elmar Baxşıyevin komandası həm də uğura inanmayanları yanıltmaq istəyir. Odu ki, Şamaxıdan xal və ya xallarla qayıtmaq bu yolda növbəti addım ola bilər. "Şirlər"in aparıcı futbolçularının cəzalı olması da qonaqların işinə yarayacaq.
Komandalar indiyə qədər 5 dəfə qarşılaşıb. Bunların 2-də "Şamaxı", 3-də "Araz-Naxçıvan" qalib gəlib. Topların nisbətində Muxtar Respublika təmsilçisi öndədi - 5:3.
Neftçi - Səbail
"Neftçi"nin bu rəqiblə ev oyunlarının balansı: 14+11=2-1, 32:8.
2017/18 - 2:0, 3:1; 2018/19 - 4:0, 1:2; 2019/20 - 2:1, 1:1; 2020/21 - 2:1, 4:0; 2021/22 - 1:0, 2:0; 2022/23 - 3:1, 3:0; 2023/24 – 1:1, 3:0.
Cəzalılar: Qorka Laruçça, Mərt Çəlik (hər ikisi "Səbail").
"Futbol+"in proqnozu: 40-30-30.
Hakimlər: RAUF CABBAROV, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı, "Neftçi Arena". Saat 18.00.
Acınacaqlı və qəbuledilməz olsa da, "Neftçi" 1-ci dövrədə qələbə qazanmayan yeganə komandadı. Hadisələrin axarı baş məşqçi Roman Qriqorçukun istefası, Samir Abasovun "Sumqayıt"dan "Neftçi"yə keçidiylə nəticələndi. İndi 2-ci dövrəyə qələbəylə başlamaq, həmçinin seriya yaxalamaq vacibdi. Yalnız belə seriya məyus azarkeşləri qane edəcək. Belədə xüsusilə Samir Abasovun çiyinləri üzərinə düşün yükü təxmin etmək çətin deyil. Mütəxəssisin yeni iş yerində uğurlu olacağına inananlar qədər inanmayanlar da var. Odu ki, baş məşqçi ən qısa zamanda çatışmazlıqları aradan qaldırmalı və qarşısına qoyulan vəzifənin öhdəsindən gəlməyə çalışmalıdı.
"Səbail"in durumu da bu baxımdan fərqli deyil. Şahin Diniyevin komandası məğlubiyyət sarıdan korluq çəkmirsə, qələbələrə acdı. Təbii ki, belə nəticələr "dənizçilər"in yuxarı yerlər uğrunda mübarizədən qopmasına səbəb olur. Odu ki, hər iki komanda Bakı derbisindən üzüağ çıxmağa çalışmalı, xal ehtiyatını artırmalıdı. Və daha bir fakt, Bayıl təmsilçisi son 21 matçda "Neftçi"yə qalib gələ bilməyib!
Ümumiyyətlə, bu komandalar indiyə qədər 28 dəfə qarşılaşıb. Bunların 20-də "ağ-qaralar", 2-də "dənizçilər" qələbə qazanıb, 6-da "sülh" qeydə alınıb. Topların nisbətində "Neftçi"nin əzici üstünlüyü var - 62:17.
20 oktyabr
Zirə - Sabah
“Zirə”nin bu rəqiblə ev oyunlarının balansı: 12:+3=3-6, 10:16.
2018/19 – 0:2, 0:2; 2019/20 – 1:1, 2:0; 2020/21 – 0:2, 2:2; 2021/22 – 1:1, 2:0; 2022/23 – 1:3, 0:2; 2023/24 – 1:0, 0:1.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Vüsal Məmmədov, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
VAR hakiminin köməkçisi: Pərvin Talıbov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Zirə, İdman Kompleksinin stadionu. Saat 17.30.
"Zirə" ötən mövsüm olduğu kimi, bu dəfə də çempionatın güclüləri sırasındadı. Rəşad Sadıqovun komandası iddialı rəqiblərini də "yerinə oturtmağı" bacarır və baxımlı oyunla diqqəti çəkir. "Qartallar" "avrokubok zonası"dan uzaq düşməmək üçün əlindən gələni əsirgəməyəcək. Son matçlar onların hücum xəttindəki çatışmazlıqların minimuma endiyini göstərib. "Sabah" da premyer-liqanın baxımlı oyun göstərən komandalarındandı. Belədə Zirədə gərgin mübarizəyə və həyacanlı dəqiqələrin çoxluğuna ümid etmək olar. Krunoslav Renduliç 1-ci dövrədə plana uyğun nəticələr qazanmadıqlarını etiraf edib. İndi "bayquşlar" həmin itkiləri kompensasiya etməyə çalışacaq.
Hazırda qonşu pillələrdə qərarlaşan komandalar indiyə qədər 24 dəfə qarşılaşıb. Bunların 8-də "Zirə", 10-da "Sabah" qalib gəlib, 6-da hərəyə 1 xal düşüb. Topların nisbətində Masazır təmsilçisi öndədi - 29:26.
Sumqayıt - Turan Tovuz
"Sumqayıt"ın bu rəqiblə ev oyunlarının balansı: 4:+1=3-0, 2:1.
2022/23 - 0:0, 2:1; 2023/24 - 0:0, 0:0.
Cəzalı: yoxdu.
"Futbol+"in proqnozu: 30-30-40.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Rauf Allahverdiyev.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 20.00.
Tura Sumqayıtda keçiriləcək oyunla yekun vurulacaq. Burda meydana çıxacaq komandalardan biri xaosdan xilas olmağa çalışır. Söhbət bundan sonra Vaqif Cavadovun rəhbərlik edəcəyi "Sumqayıt"dan gedir. "Kimyaçılar" 9-cu turda "Neftçi"nin meydanında qazandığı bir xalla azarkeşlərinə ümid verdi. İndi "bozqurd"u yenməklə hadisələrin axarını yenidən öz xeyirlərinə dəyişə bilərlər. "Turan Tovuz"un mövqeyi isə daha yaxşıdı. Düzdü, bölgə təmsilçisi indiyə qədər "Sumqayıt" səfərində qələbə qazana bilməyib. Lakin bu tilsimi qırmaqla liderlər qrupundakı yerini qorumağa çalışacaq. Odu ki, Kurban Berdıyev komandasını meydana məhz 3 xal üçün çıxaracaq.
Bu komandalar indiyə qədər 9 dəfə qarşılaşıb. Bunların 3-də "kimyaçılar", 2-də "bozqurd" qalib gəlib, 4-də "sülh" qeydə alınıb. Topların nisbətində "gənclik şəhəri"nin təmsilçisi öndədi - 11:8.
1. Qarabağ 9 8 0 1 25-6 24
2. Turan Tovuz 9 5 3 1 12-6 18
3. Araz-Naxçıvan 8 5 2 1 11-9 17
4. Zirə 8 5 0 3 14-6 15
5. Sabah 9 4 3 2 19-15 15
6. Şamaxı 8 3 3 2 8-7 12
7. Səbail 9 2 1 6 14-17 7
8. Sumqayıt 9 2 1 6 6-11 7
9. Neftçi 9 0 5 4 6-15 5
10. Kəpəz 10 1 0 9 6-29 3
Bombardirlər: Coy-Lens Mikels, Cesse Sekidika (hər ikisi “Sabah”) – 5.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta