AZ

"Qarabağ"dan ikinci qol - YENİLƏNİR

Bu gün və sabah keçiriləcək oyunlarla Misli premyer-liqasında 14-cü tura yekun vurulacaq.

Aşağıda bəhs edəcəyimiz matçlar “CBC Sport”un efirində canlı yayınlanacaq.

23 noyabr
Səbail – Qarabağ 0:2

Olaviyo Juninyo, 47, Aleksey Kaşuk, 66.
“Səbail”in bu rəqiblə ev oyunlarının balansı: 14:+2=2-10, 9:27.
2017/18 – 0:2, 0:1; 2018/19 – 0:2, 1:2; 2019/20 – 0:4, 0:1; 2020/21 –
1:1, 1:1; 2021/22 – 3:1, 0:3; 2022/23 – 0:3, 0:3; 2023/24 – 2:1, 1:2.
Cəzalı: Julio Romao (Qarabağ).
“Futbol+”in proqnozu: 30-30-40
Hakimlər: NİCAT İSMAYILLI, Zöhrab Abbasov, Cəmil Quliyev, Əkbər Əhmədov.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı, “ASCO Arena”. Saat 17.00.

Turun maraqla gözlənilən matçlardan biri Bayılda keçiriləcək. Burda nəticəni vacib edən amillərdən ən əsası “Səbail”in yeni baş məşqçisiylə bağlıdı. Məlum olduğu kimi, “dənizçilər” Şahin Diniyevin istefasından sonra boş qalan postu mövsümün əvvəlindən bəri Kurban Berdıyevin köməkçisi kimi çalışan Cavid Hüseynovun ixtiyarına verdi. Odu ki, mütəxəssisin debüt matçında nələrin baş verəcəyi futbol ictimaiyyətinin diqqət mərkəzindədi. Axı Şahin Diniyevin rəhbərliyi altında 12 oyun keçirən komanda cəmi iki qələbə qazanıb. İndi premyer-liqanı tərk etməmək uğrunda mübarizədən üzüağ çıxmaq, bunun üçün isə xal ehtiyatını artırmaq vacibdi. Bəs rəqibin “Qarabağ” olması Cavid bəyin həm “Səbail”də, həm də karyerasıyla bağlı debütünü korlaya bilərmi? Əlbəttə! Qurban Qurbanovun komandası elitada, demək olar ki, rəqib tanımır. Son 9 matçda uduzmayan ağdamlılar çempion olmaq məqsədinə maneə yaratmaq istəmədiyindən yalnız qələbəyə köklənəcək. Odu ki, meydan sahibləri qonaqları büdrətmək üçün əlindən gələni etməlidi.

Ümumiyyətlə, komandalar indiyə qədər 28 dəfə qarşılaşıb. Bunların 3-də “Səbail”, 23-də “Qarabağ” qalib gəlib. 2-də hərəyə bir xal düşüb. Topların nisbətində “köhlən atlar”ın əzici üstünlüyü var – 62:15!

Neftçi – Zirə
“Neftçi”nin bu rəqiblə ev oyunlarının balansı: 17:+8=6-3, 25:14.
2015/16 – 1:1, 0:0; 2016/17 – 0:1, 1:2; 2017/18 – 1:2, 1:1; 2018/19 –
2:2, 4:2; 2019/20 – 3:0; 2020/21 – 0:0, 4:0; 2021/22 – 2:1, 1:1; 2022/23
– 2:1, 1:0; 2023/24 – 1:0, 1:0.
Cəzalı: Kilan Lebon (Neftçi).
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: KAMAL UMUDLU, Namiq Hüseynov, Vüsal Məmmədov, Əli Əliyev.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Rəvan Həmzəzadə.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Bakı, “Neftçi Arena”. Saat 19.00.

“Neftçi” qışa qədər xal ehtiyatını lazımi qədər artırmalı və növbəti fasiləyə avrokuboklar uğrunda mübarizə aparan komanda kimi yollanmalıdı. Bəli-bəli, klubun adı, tarixi, büdcəsi, futbolçularının potensialı və azarkeş dəstəyi kimi amilləri nəzərə alsaq, hadisələrin məntiqi ardıcıllığı belə olmalıdı. Lakin “ağ-qaralar” mövsümün əvvəlindən bəri əldə etdiyi nəticələrlə həm məntiqi sıradan çıxarıb, həm də gözləntiləri alt-üst edib. İndi Samir Abasovun komandası məhz yuxarıda qeyd etdiyimiz məqsəd uğrunda döyüşməyə hazırdımı? Bunu öyrənmək üçün “Zirə” kimi iddialı rəqibə qarşı matçı izləmək və nəticəyə uyğun danışmaq lazımdı. Hər halda, milli fasilə xeyli problem aradan qaldırmaq üçün yaxşı fürsət idi. O başqa məsələ ki, “Neftçi”nin üç futbolçusu – Emin Mahmudov, Andre Şinyaşiki və Azər Salahlı zədəli, Kilan Libon isə cəzalıdı. Belədə meydan sahiblərinin işi çətin olacaq. Elə “Zirə”də “Neftçi Arena”ya xal itirmək üçün gəlməyəcək. Onsuz da qəsəbə təmsilçisi son beş matçda yalnız bir qələbə qazanıb. Yəni xeyli xal itirib və ilk “dördlük”dəki yerini n təhlükədə olduğunun fərqindədi. Belədə “qartallar”ın azı qələbə qazanmağa çalışacağı istisna deyil.

Komandalar indiyə qədər 35 dəfə qarşılaşıb. Bunların 12-də “Neftçi”, 14-də “Zirə” qalib gəlib. 9-da “sülh” qeydə alınıb. Topların nisbətində “ağ-qaralar” üstündü – 38:35.

24 noyabr
Turan Tovuz – Sabah

“Turan Tovuz”un bu rəqiblə ev oyunlarının balansı: 4:+1=0-3, 4:6.
2022/23 – 0:1, 0:2; 2023/24 – 2:3, 2:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RƏŞAD ƏHMƏDOV, Kamran Bayramov, Rahil Ramazanov, Tural Qurbanov.
VAR hakimi: Cavid Cəlilov.
VAR hakiminin köməkçisi: Müslüm Əliyev.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Tovuz, şəhər stadionu. Saat 17.00.

“Turan Tovuz”un 13-cü turda “Səbail”ə qalib gələ bilməməsi həm baş məşqçi və komanda, həm də azarkeşlər üçün “soyuq duş” effekti verdi. Təbiidi. Ona görə ki, bir çox hallarda həlledici məqamlar məhz daha zəif rəqiblərlə matçda itirilən xallardan asılı olur və sonrakı peşmanlıq fayda vermir. İndi “bozqurd” həmin xal itkisini kompensasiya etməlidi. Bunun üçün “Sabah”ın ideal rəqib olub-olmadığı müzakirə mövzusudu. Axı hər iki komanda avrokuboklar uğrunda mübarizə aparır. Yenə də meydan sahibləri Masazır təmsilçisinin son turlarda yaşadığı uğursuzluqlardan bəhrələnə bilər. Azarkeş dəstəyi də lazımi səviyyədə olsa, Kurban Berdıyevin komandası qələbə ehtimalını yüksəldər. Amma qonaqların son beş turda qalib gələ bilmədiyi də nəzərə alınmalıdı. Hər halda, “bayquşlar” tilsimi qırmağa, ciddi rəqibindən xal və xallar qoparmaqla iddiasından geri çəkilmədiyini isbat etməyə çalışacaq.

Bu komandalar indiyə qədər 9 dəfə üz-üzə gəlib. Bunların 3-də “Turan Tovuz”, 4-də “Sabah” qələbə qazanıb. 2-də hərəyə bir xal düşüb. Topların nisbətində “bozqurd” öndədi – 13:12.

Sumqayıt – Şamaxı
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 22:+6=8-8, 24:28.
2011/12 – 0:2; 2012/13 – 0:0; 2013/14 – 0:2, 0:1; 2014/15 – 0:0, 3:1; 2015/16 – 1:1, 0:1; 2016/17 – 1:2, 2:2; 2017/18 – 3:1, 2:1; 2018/19 – 1:4, 2:1; 2019/20 – 0:0, 2:2; 2020/21 – 0:1, 2:2; 2021/22 – 1:3, 2:0; 2022/23 – 1:1, 1:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-40-30.
Hakimlər: RAUF CABBAROV, Eyyub İbrahimov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR hakimi: Rauf Allahverdiyev.
VAR hakiminin köməkçisi: Akif Əmirəli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.00.

Böyük ehtimalla, tura dolu tribunalar önündə keçiriləcək oyunla yekun vurulacaq. Ona görə ki, “Sumqayıt” şəhərin 75 illiyi münasibəti ilə “açıq qapı” günü elan edəcək. Klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyevin qəzetimizə verdiyi məlumata görə,əyləncəli oyunların keçirilməsi nəzərdə tutulur. Həmçinin matç “kimyaçılar” üçün çox əhəmiyyətlidi. Meydan sahibləri qalib gələcəyi halda ən yaxın izləyicisindən uzaqlaşacaq. Təbii ki, bu məqam “Şamaxı”ya da aiddi və qonaqlar bu üzdən azı bir xal uğrunda əlindən gələni əsirgəməyəcək. Hər halda, Vaqif Cavadov komandasını həm fiziki, həm də psixoloji cəhətdən çox yaxşı hazırlaşdırmalıdı. Minlərlə azarkeşin gözü önündə qazanılacaq qələbə növbəti uğurların təməli ola bilər. “Şirlər” isə premyer-liqada qalmaq uğrunda mübarizədə arxayınlıq tapmağa, xal ehtiyatını artırmağa çalışacaq.

Bu komandalar indiyə qədər 44 dəfə qarşılaşıb. Bunların 12-də “Sumqayıt”, 19-da “Şamaxı” qalib gəlib. 13-də hərəyə bir xal düşüb. Topların nisbətində “şirlər” öndədi – 61:45.

1. Araz-Naxçıvan 14 10 3 1 18-10 33
2. Qarabağ 12 10 1 1 32-6 31
3. Turan Tovuz 13 7 5 1 19-10 26
4. Zirə 13 6 2 5 18-13 20
5. Sabah 13 4 6 3 22-19 18
6. Sumqayıt 13 4 1 8 10-16 13
7. Şamaxı 12 3 4 5 10-15 13
8. Neftçi 13 1 7 5 11-19 10
9. Səbail 13 2 2 9 16-23 8
10. Kəpəz 14 2 1 11 10-35 7

Bombardirlər: Felipe Santos (Araz-Naxçıvan) – 7, Cesse Sekidika (Sabah) – 6.

Bu duellərlə bağlı maraqlı məqamlar
* “Qarabağ” bütün görüşlərdə qol vurub. “Səbail” son 4 qarşılaşmada xal qazanmayıb.
* “Zirə” son iki oyunda qələbə qazanıb. “Neftçi” son 4 ev matçında xal itirməyib.
* “Turan Tovuz” son 5 qarşılaşmada qol vurub. “Sabah” son 3 görüşdə qalib gəlməyib.
* Son 7 oyunda meydan sahibi olan tərəf uduzmayıb. “Sumqayıt” evdəki son 5 matçda qol vurub.

KƏNAN BAHADIR

Seçilən
9
1
football-plus.az

7Mənbələr