AZ

Mühasib - VAKANSİYA

"Azercell Telekom" MMC, mühasib vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Bütün maliyyə əməliyyatlarını mühasibat standartlarına və şirkət siyasətlərinə uyğun olaraq qeydə almaq;
  • Hesablar və reyestrlər üzrə əməliyyatların düzgün qeyd etmək;
  • Maaşların, ezamiyyət xərclərinin, istifadə olunmamış məzuniyyət günlərinin, analıq və xəstəlik məzuniyyətlərinin SAP ERP sistemlərində əks etdirmək;
  • Maliyyə qaydalarına ciddi riayət olunmasını, inzibati, əməliyyat və digər xərclərin mühasibat qeydlərində düzgün əks etdirmək;
  • Əsas vəsaitlərin reyestrini saxlamaq və yeniləmək, aktivlərin alınmasını, satışını və köçürülməsini izləmək;
  • Əsas vəsaitlərin amortizasiyasını və köhnəlməsini mühasibat siyasətlərinə uyğun olaraq qeydə almaq;
  • Əsas vəsaitlərin fiziki mövcudluğunu və düzgün qiymətləndirilməsini təmin etmək üçün mütəmadi auditlər aparmaq;
  • Aktivlərin dəyərdən düşməsi, təmir və texniki xidmət ilə bağlı düzgün sənədləşməni və mühasibat uçotunu təmin etmək;
  • Baş kitab hesablarını yoxlamaq, maliyyə qeydlərində dəqiqliyi təmin etmək;
  • Təchizatçı fakturalarını nəzərdən keçirmək və işləmək, düzgün sənədlərin və təsdiqlərin olmasını təmin etmək;
  • Təchizatçılara vaxtında ödənişləri təmin etmək və ödəniş cədvəllərini saxlamaq;
  • Köçürmə sorğuları və ödəniş tapşırıqlarını hazırlamaq, həm daxili, həm də beynəlxalq əməliyyatları daxil etmək;
  • Mənfəət vergisi, ƏDV, ÖMV, əmək haqqı vergiləri və digər qanuni öhdəliklər daxil olmaqla, bütün vergi bəyannamələrinin hazırlanmasında iştirak etmək;
  • Statistik və DSMF hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Vergi ilə bağlı sənədləri saxlamaq və düzgün vergi tutulmalarını və ödənişlərini təmin etmək;
  • Daxili və kənar auditlərə tələb olunan sənədləri və izahları təqdim edərək dəstək olmaq;
  • Baş Mühasib tərəfindən verilən digər tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək.

Tələb olunan təcrübə, bilik və bacarıqlar:

  • Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat sahəsində ali təhsil;
  • Minimum 2 il müvafiq iş təcrübəsi (Bank və FinTex sahələrində təcrübə üstünlükdür);
  • Peşəkar mühasib sertifikatı (PMS) və ya ACCA (FA və FR) arzuolunandır;
  • Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında qanun;
  • Mühasibat uçotu haqqında qanun;
  • Maliyyə və mühasibat standartları və hesabat;
  • AR Vergilər Məcəlləsi;
  • SAP ERP proqramından istifadə bacarığı;
  • Microsoft Office proqramlarından istifadə bacarığı.

Dil bilikləri:

  • Azərbaycan dili yuksək səviyyədə bilik;
  • İnilis dili-yaxşı səviyyədə bilik.

Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi;
  • İxtisas Testləri;
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə.

Ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz. 

Zemfira Ms
Fins.az

Seçilən
62
50
fins.az

10Mənbələr