AZ

Merçendayzinq üzrə mütəxəssis - VAKANSİYA

"Azerconnect" MMC, Merçendayzinq üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Merçendayzinq mallarının Bakı və rayon mağazalarında effektiv paylanması və çatdırılmasının planlaşdırmaq və nəzarət etmək;
  • Satışları artırmaq məqsədilə malların necə nümayiş etdiriləcəyinə qərar vermək üçün Ticari Marketinq komandası ilə birgə işləmək;
  • Məhsulların və POSM-lərin şirkətin təlimatlarına və ticarət standartlarına uyğun olaraq rəflərdə yerləşdirilməsini təmin etmək;
  • Bazarın POS materiallara və Ticari marketinq ləvazimatlarına olan ehtiyacını təhlil etmək;
  • Mağazada mövsümə uyğun məhsulların və yeni kolleksiyaların nümayişini təşkil etmək; 
  • Təyin olunmuş marşrut əsasında gündəlik mağaza ziyarətləri etmək və merçendayzer hesabatını təqdim etmək; 
  • Şirkət fəaliyyətinə mane olan halları müəyyən etmək və rəhbərə məlumat vermək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və tam şəkildə yerinə yetirmək;
  • Merçendayzinq fəaliyyətlərinə nəzarət etmək və bütün layihələrin ticarət marketinqi konsepsiyası çərçivəsində olduğundan əmin olmaq.

Tələblər:

  • Ali təhsil ( Marketinq və satış sahəsində təhsilə üstünlük verilir);
  • Satış, marketinq, ticarət marketinq və ya digər sahalər üzrə 2 il iş təcrübəsi;
  • Azərbaycan dili (Səlis), İngilis və Rus dilləri (orta);
  • Danışıqlar aparma qabiliyyəti;
  • Son trendlərin izlənilməsi;
  • Dəqiqlilik, Kreativlik, Nəticə yönümlülük, Davamlı təkmilləşmə, Drive for Results; 
  • Vizual Merçendayzinq üzrə biliklər;
  • ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Seçilən
101
47
fins.az

10Mənbələr