Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın “Nürnberq” komandasında növbəti qolunu vurub.
KONKRET.az xəbər verir ki, qarşılaşma II Bundesliqanın X turuna təsadüf edib.
Doğma meydanda “Reqensburq” kollektivini qəbul edən “Nürnberq”in heyətində ikinci qolu 23-cü dəqiqədə Mahir Emreli rəqibin qapısından keçirib.
Hazırda davam edən qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə öndədirlər.
Qeyd edək ki, 27 yaşlı hücumçu komandasının heyətində ilk qolunu ötən həftə “Qroyter Fyurt”la matçda vurmuşdu.//Report