AZ

Mahir Emreli “Kayzerslautern”ə qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu gün Almaniyanın “Nürnberq” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 27 yaşlı futbolçu Almaniya İkinci Bundesliqasının 12-ci turu çərçivəsində baş tutan “Kayzerslautern”lə matçın iştirakçısı olub.

Nürnberqlilər doğma meydanda baş tutan bu oyundan heç-heçə ilə ayrılıblar – 0:0. Mahir start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib. “Nürnberq”in bundan əvvəlki dörd oyununda ardıcıl qollarla fərqlənən azərbaycanlı hücumçunun seriyası bu dəfə qırılıb.

“Nürnberq” 12 oyuna topladığı 18 xalla hazırda 18 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb. Baş məşqçisi Miroslav Kloze olan komanda bu mövsüm 5 qələbə qazandığı halda 3 heç-heçə edib, 4 oyunda məğlubiyyətə üzülüb.

“Nürnberq” növbəti matçını noyabrın 22-də səfərdə “Paderborn”a qarşı keçirəcək.

Mahir Emreli bu il avqustun 6-da “Nürnberq”lə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər. Azərbaycanlı futbolçu Almaniya klubunun heyətində 8 rəsmi matça çıxıb, 4 qol vurub.

“Bakı”nın yetirməsi olan Mahir Emreli karyerası ərzində “Qarabağ”, “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) klublarında da forma geyinib. Hücumçu Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 48 oyunda 5 qol vurub.

Seçilən
9
3
arena.az

10Mənbələr