AZ

Dəniz suyunun duzsuzlaşdırılması: Su qıtlığı problemini aradan qaldıracaq?

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda həyata keçirməyi planlaşdırdığı bir sıra layihələri var.

Bu barədə şirkətin Azərbaycan və Türkiyə üzrə regional direktoru Mehmet Selim Güven jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, “Xızı-Abşeron” külək elektrik stansiyası (KES) şirkətin Azərbaycanda həyata keçirdiyi ilk layihədir:

“Hazırda Azərbaycanda həyata keçirə biləcəyimiz bir çox layihə ilə maraqlanırıq. Bunlara enerji saxlama layihəsi və Xəzər dənizindəki “offshore” layihələri də daxildir”.

O əlavə edib ki, həmçinin dəniz suyunun duzsuzlaşdırılması və bir neçə günəş elektrik stansiyası layihələri də şirkətin maraq dairəsindədir:

“Bu layihələrin hər biri, eləcə də bərpaolunan enerji sahəsindəki bütün layihələr bizim üçün önəmlidir”.

Mehmet Selim Güven həmçinin qeyd edib ki, Xəzər dənizinin böyük külək enerjisi potensialı var:

 “Təbii ki, bu layihələr asan deyil. Biz bütün layihələri izləyirik və belə layihələrdə iştirak etmək istəyirik. Bu mövzularda Azərbaycan hökuməti ilə müzakirələr aparırıq”.

Maraqlıdır, “ACWA Power” şirkətinin Azərbaycandakı layihələri nə dərəcədə nəticəyönümlü olacaq? Dəniz suyunun duzsuzlaşdırılması layihəsi içməli su problemini böyük ölçüdə həll edə bilər?

Məsələ ilə bağlı Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanda alternativ enerji mənbələrinə ehtiyac var: 

“Hazırda 240 MVt gücündə olan “Xızı-Abşeron” külək elektrik stansiyası (KES) “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda həyata keçirdiyi ilk layihədir. Bu stansiya bir ildən sonra istifadəyə veriləcək. Həmin stansiyanın nə dərəcədə effektli olub-olmayacağına yalnız bir ildən sonra şahidi olacağıq.

Xatırladım ki, Birləşmiş Ərəb Əmirliklərinin “MASDAR” şirkəti tərəfindən əsası qoyulan 230 MVt gücündə “Qaradağ” günəş elektrik stansiyası (GES) 2023-cü ilin 26 oktyabrında istifadəyə verilib. Həmin stansiya bir ildə təqribən 500 milyon KVt  enerji istehsal edib.

“ACWA Power” şirkəti tərəfindən tikilən “Xızı-Abşeron” külək elektrik stansiyası daha çox enerji istehsal etməlidir. Bu kimi stansiyaların turibinləri günəşdən asılı deyil.

O ki qaldı dəniz suyunun duzsuzlaşdırılmasına, bu istiqamətdə xeyli vaxtdır ki,  işlər görülür. Zamanında Azərbaycan Dövlət Neft Şirkəti bu kimi layihələr həyata keçirib. Təkcə neft daşlarına suyun daşınması deyil, həmçinin Çilov adasında sudan texniki məqsədlər üçün suyun duzsuzlaşdırılması istiqamətində işlər aparılıb.

“ACWA Power” şirkətinin məsələ ilə bağlı təklif olunan layihənin miqyası çox böyükdür. Bu layihə, həqiqətən bizim üçün xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, su ehtiyatlarının tükəndiyi bir zamanda bu kimi layihələrin icra olunması vacibdir.

Amma dəniz suyunun duzsuzlaşdırılıb şirin suya çevrilməsi özü geniş enerji tələb edir. Bu enerjidən elə istifadə olunmalıdır ki, ətraf mühit çirklənməsin və onun effekti nəticəyönünmlü olsun”. 

Seçilən
27
17
cebheinfo.az

10Mənbələr