Dünyanın ən böyük şirin su ehtiyatı tapılıb - Fotolar
Qrenlandiyadakı buzlaqların altında böyük su ehtiyatı aşkara çıxarılıb. Tədqiqatçılar bildirirlər ki, buz təbəqəsinin altında əhəmiyyətli həcmdə şirin su yığılıb. Alimlərin fikrincə, bu, əsasən yay aylarında baş verir.
Reyting.az bildirir ki, elm adamları yerləşdirmə məlumatlarından bacarıqla istifadə etməklə suyun kəmiyyətini də təyin ediblər. Bundan əlavə, elm adamları üçün bu yeni elmi tapıntı buz təbəqəsinin dəniz səviyyəsinə təsirini izah edən nəzəriyyələri tam şübhə altına alır.
Dünya elmi də təsdiq edir ki, Qrenlandiya buz təbəqəsi Yer üzündə mövcud olan və dəniz səviyyəsinin qalxmasına tamamilə münbit şərait yarada bilən ən böyük su mənbələrindən biridir. Əgər bu buzlaq tamamilə ərisə, suyun orta səviyyəsinin yeddi metrədək qalxacağı təxmin edilir.
Alimlər artıq çox uzun müddətdir ki, buz təbəqəsinin ərimə prosesini tədqiq etsələr də, daha bir vacib sual müasir elm üçün hələ də cavabsızdır: "Mövsüm burada hansı şəraitdə keçir, yaxud hansı özünəməxsus xüsusiyyətlərə malikdir və yay aylarında buz təbəqəsindəki ərimiş su ehtiyatlarının dəqiq necə dəyişdiyini, haralarda toplandığını tam aşkar etmək mümkün olacaqmı?".
Tədqiqat qrupunun bir üzvü deyir ki, burada ərimə mövsümündə ərimiş su kütləsinin əhəmiyyətli hissəsi məhz buz təbəqəsinin altında saxlanılır. Xüsusi təsir ancaq iyul ayında artır, sonra isə bir neçə həftə ərzində su tamamilə azalır.
Qrenlandiya ərazisində onlarla stansiyanı özündə birləşdirən GPS Şəbəkəsi tərəfindən qeydə alınan dəqiq məlumatlardan istifadə edən elm adamları yeni bir hesablama metodu yaradıblar. Tədqiqatçılar bildirirlər ki, Yer qabığının şaquli yerdəyişmələrini nəzərə alıb yuxarıdan basan ərimiş su kütləsinin təzyiqi səbəbini izah etmək mümkündür.
Bu yeni kəşf öz mahiyyətinə görə bir çox hallarda buz təbəqələrində mövcud olan ehtiyatdakı suyun saxlanılmasının bütün aspektlərini nəzərə almayan araşdırmalar tələb edən iqlim modellərinin dəqiqliyini artırmağa çox böyük kömək edəcək. Bu, xüsusilə orta temperaturun daha yüksək olduğu illər ərzində alimlər tərəfindən aparılan hesablamalar üçün doğrudur.
Elm adamları belə qənaətə gəliblər ki, bununla bağlı işlənilən mövcud modellər belə, hazırda proseslərin intensivliyinidüzgün qiymətləndirmir. Tədqiqatçıların fikrincə, qeyri-dəqiqlik 20 faizə çata bilər.
Müasir dövrdə dünyanın ən böyük, həm də istifadə edilməyən su ehtiyatlarının olduğu Qrenlandiya buzlaqlarının tədqiq olunması bu gün də davam edir.
Oqtay QORÇU