AZ

MM-də yeni şöbənin yaradılması təklif olunub

Milli Məclisin sədr müavini Rafael Hüseynov parlamentdə Qanunvericilik dili və hüquq terminologiyası adlı şöbə yaradılmasını təklif edib. "Olaylar" xəbər verir ki, o bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında "Uşaq hüquqları haqqında" qanunda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib. O qeyd edib ki, şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər: "Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir".

Milli Məclisin sədri Sahibə Qafarova da deputation sözləri ilə razılaşdığını söyləyib: "Qanun layihələri bizə gəlmədən öncə linqvistik ekspertizadan keçirilir. Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır. Bununla razıyam".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
25
6
olaylar.az

8Mənbələr