Milli Məclisdə Qanunvericilik dili və hüquq terminologiyası şöbəsinin yaradılması təklif olunur.
Bu təkliflə MM-in sədr müavini Rafael Hüseynov parlamentin bu gün keçirilən plenar iclasında “Uşaq hüquqları haqqında” qanunda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər: “Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir”.
Milli Məclisin sədri Sahibə Qafarova da deputatın fikirləri ilə razılaşdığını söyləyib: “Qanun layihələri bizə gəlmədən öncə linqvistik ekspertizadan keçirilir. Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır. Bununla razıyam”.