AZ

Qanun layihələrinin dili çətindir - Deputat

Parlamentdə Qanunvericilik dili və hüquq terminologiyası adlı şöbə yaradılmalıdır.

Teleqraf.com xəbər verir ki, bu təkliflə Milli Məclisin sədr müavini Rafael Hüseynov bu gün keçirilən iclasda deyib.

Deputat qeyd edib ki, şöbədə hüquqşünaslar və dilçilər birləşə bilərlər: “Çünki qanun layihələrinin dili çətindir və bunu insanlara daha anlaşılan formada təqdim etmək vacibdir”.

Milli Məclisin sədri Sahibə Qafarova deputatın təklifinə cavab olaraq bildirib ki, qanun layihələri əvvəlcə linqvistik ekspertizadan keçirilir:

"Amma haqlı olaraq deputatlar da bu məsələdə bəzi məqamlara toxunurlar. Hüquqşünasların dili çətindir. Qanun layihəsini sadə dillə izah etmək lazımdır. Bununla razıyam”.


Müəllif: Şəbnəm Zahir
Seçilən
20
1
teleqraf.com

8Mənbələr