AZ

Moldova seçimini müəyyənləşdirdi  - Avropaya inteqrasiya edəcək (ŞƏRH)

"Bu seçkidən sonra Moldovanın Avropaya inteqrasiyası daha da dərinləşəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Moldovada prezident seçkilərinin ikinci turunun nəticələrini şərh edərkən deyib.

Mehman Əliyev bildir ki, Moldovadakı təkrar seçkilərin nəticəsi ölkənin əslində Qərblə Rusiya arasında parçalandığının göstəricisidir:
 


"Ancaq bir məqam da aydınlaşdı ki, Moldovada Qərb daha güclüdür. Bu da daha çox Moldovadan kənarda, əsasən də Avropa ölkələrində 230 min moldovan seçicisinin yaşaması hesabınadır. Moldova əhalisinin bir hissəsi rumın pasportuna malikdir. Moldovada bu müstəvidə iki amil qabarıq şəkildə görünür. Xaricdə işləyənlər öz yaxınlarını təmin edir, Moldovaya sərmayə yatırırlar. Ölkə daxilində qalan ikinci hissə isə əsasən Rusiyaya bağlı olub, kənd təsərrüfatı məhsulları, çaxır istehsal edən kateqoriyadır. Bu vəziyyətin nəticəsi olaraq prezident Maya Sandu cüzi faizlə olsa da, daxildə seçkiləri uduzdu. Lakin bununla belə o, Avropada yaşayan ölkə əhalisi hesabına qalib gəldi". 
 
Bu da həmsöhbətimizə görə, orentasiya baxımından ölkədə parçalanmanın davam etdiyinin göstəricisidir:

"Amma bununla belə, görürük ki, Moldovada Avropa amili daha da güclənir. Demək olar ki, Moldova artıq öz seçimini etdi və qərbyönümlü siyasəti davam etdirəcək. Bu münasibətlər daha da dərinləşəcək".

Qeyd edək ki, ötən bazar günü Moldovada keçirilən təkrar prezident seçkisi hazırkı prezident Maya Sandunun qələbəsilə başa çatıb. O səslərin 55 faizini ala bilib.

Rüfət Sultan

Seçilən
12
6
qaynarinfo.az

7Mənbələr