AZ

Blinken: “Kremlin Moldova xalqının iradəsini pozmaq cəhdləri "uğursuz oldu "

Bazar ertəsi ABŞ bildirib  ki, Kremlin Moldova xalqının iradəsini pozmaq cəhdləri "uğursuz olub", - Turan-ın Vaşinqton müxbiri bildirib.

"Moldova qalib gəldi", - dövlət katibi Entoni Blinken Moldovada prezident seçkilərinin ikinci turunda Maya Sandunun  qələbəsini şərh edərkən deyib.

"Moldova xalqı Avropa və demokratiya yolunu davam etdirmək niyyətindədir və bunu seçkilərdə sübut etdi", - Blinken əlavə edib.

"Biz Moldova xalqını onun demokratiyaya sadiqliyinə və seçkiləri Kremlin görünməmiş müdaxiləsindən qoruduğuna görə alqışlayırıq... Öz demokratik, çiçəklənən və Avropa gələcəyini qurmağa davam edən Moldova xalqını dəstəkləyirik", - Blinken deyib.

Öz növbəsində, Dövlət Departamentinin nümayəndəsi Metyu Miller Turan-ın Vaşinqton müxbirinə bildirib ki, Rusiya Moldovada seçkiləri pozmaq və demokratiyanı sarsıtmaq üçün "əlindən gələni edib". Lakin qanunsuz maliyyələşdirmə, səslərin satın alınması, dezinformasiya və kiberhücumlar Kremlə kömək etmədi. "Moldova xalqı öz səsini eşitdirə bildi", - Miller deyib.

Seçilən
7
6
turan.az

7Mənbələr