8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində yürüşü keçirilir.
Tribunainfo.az xəbər verir ki, ərazidə xidmət edən N saylı hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi parad hərbi orkestrin sədaları ilə müşayiət olunur.
Həmçinin bayram yürüşünə yerli ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak edir.
Zəfər yürüşü Xankəndi şəhərinin zəfər meydanında başa çatacaq.