8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində yürüş keçirilib.
APA xəbər verir ki, ərazidə xidmət edən N saylı hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi yürüşü hərbi orkestr müşayiət edib.
Bayram yürüşünə yerli ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də qatılıb.
Zəfər yürüşü Xankəndi şəhərinin Zəfər meydanında başa çatıb.