8 noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində yürüş keçirilib.
Modern.az xəbər verir ki, N saylı hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi yürüş hərbi orkestrin sədaları ilə müşayiət olunub.
Bayram yürüşündə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, gənclər və tələbələr də iştirak edir.