AZ

Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masada müzakirə olunan məsələlər açıqlanıb

Noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masa keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə aşağıdakı mövzuların müzakirəsi gözlənilir:

- Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası;

- Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi;

- Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması;

- Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi;

- Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması.

Qeyd edək ki, dəyirmi masa Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində təşkil olunacaq.

Seçilən
8
10
ikisahil.az

10Mənbələr