Noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksəksəviyyəli dəyirmi masa keçiriləcək.
Avtosfer.az xəbər verir ki, tədbirdə aşağıdakı mövzuların müzakirəsi gözlənilir:
* Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası;
* Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi;
* Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması;
* Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi;
* Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması.
Qeyd edək ki, dəyirmi masa Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində təşkil olunacaq.