Noyabrın 16-da COP29 çərçivəsində Yaşıl Rəqəmsal Fəaliyyət üzrə yüksək səviyyəli dəyirmi masa keçiriləcək.
Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə aşağıdakı mövzuların müzakirəsi gözlənilir:
- Rəqəmsal innovasiyaların iqlim strategiyalarına inteqrasiyası;
- Rəqəmsal alətlərdən istifadə etməklə iqlim monitorinqinin və adaptasiyanın təkmilləşdirilməsi;
- Rəqəmsallaşmanın ətraf mühitə təsirlərinin aradan qaldırılması;
- Davamlı inkişaf sahəsində uğurlu təşəbbüslərin nümayiş etdirilməsi;
- Rəqəmsal transformasiyanı qlobal iqlim məqsədlərinə uyğunlaşdırmaq üçün gələcək əməkdaşlıq imkanlarının yaradılması.
Qeyd edək ki, dəyirmi masa Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində təşkil olunacaq.