Türkiyə və Azərbaycan bütün sahələrdə əməkdaşlığı inkişaf etdirir.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.
Nazir deyib ki, bu sahədə strateji əməkdaşlıq iki ölkənin prezidentinin ortaq qərarları ilə inkişaf etməkdədir: “İqlim dəyişikliyi, ətraf mühitlə bağlı azərbaycanlı həmkarlarımızla görüşlər keçiririk. Bu görüşlər çərçivəsində Azərbaycan və Türkiyə iqlim dəyişikliyi, ətraf mühitlə bağlı ortaq addımlar atmağa davam edəcək. Məqsədimiz daha ədalətli dünya üçün bu sahədə birgə mübarizə aparmaqdır. Bu mənada azərbaycanlı qardaşlarımıza dəstək olmaq üçün böyük nümayəndə heyəti ilə buradayıq, layihələrimizi çatdırırıq. Türkiyənin Uzunmüddətli Strategiyasını da COP29-da bütün dünya ilə paylaşdıq”.