"Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında əlaqələrin genişlənməsi, onların yaxınlaşması baxımından çox vacibdir".
Publika.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum COP29 çərçivəsində Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun açılış mərasimində bildirib.
"COP29-da qəbul ediləcək qərarların bütün dünya üçün uğurlu olacağına inanıram. Şəhərlərimizdə qaz emissiyalarının azalması və daha yaşamalı yerlərin olması üçün mübarizə aparırıq", - deyə qeyd edib.
Murat Kurum əlavə edib ki, Türkiyə iqlim qanunu hazırlayır.