AZ

Murat Kurum: "COP29-da Türkiyə layihələrini, hədəflərini açıqlayacaq"

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) bütün dünyaya nümunə olacaq şəkildə təşkil edib.

"Report" xəbər verir ki, bunu Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun açılış mərasimində deyib.

"COP29-un Azərbaycanda keçirilməsindən çox şadıq. Biz qardaşlarımıza dəstək olmaq məqsədilə buradayıq. COP29-da həmçinin Türkiyənin layihələrini, hədəflərini açıqlayacağıq. Böyük nümayəndə heyəti ilə birlikdə ölkəmizi yüksək səviyyədə təmsil edirik. Azərbaycana belə bir tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür etmək istərdim. Azərbaycan COP29-u bütün dünyaya nümunə olacaq şəkildə təşkil edib və belə bir böyük tədbirin keçirilməsinin öhdəsindən uğurla gəlib", - M. Kurum vurğulayıb.

Seçilən
2
3
ekologiya.az

10Mənbələr