“Donald Trampın Ağ Evə gəlişi ABŞ-ın Ukraynadakı münaqişəyə münasibətini dəyişdirməyəcək, Vaşinqton vəziyyəti hələ də öz nəzarətində saxlamaq istəyir”, - deyə Rusiya Xarici İşlər Naziri Sergey Lavrov qeyd edib.
Bizim.Media xəbər verir ki, bunu o, “Rusiya 1” kanalında jurnalistə müsahibədə bildirib.
“Vaşinqton hər zaman NАТО ətrafında və özü NАТО məkanında baş verənləri öz nəzarətində saxlamağa çalışacaq”, - deyə nazir bildirib, onun sözlərini TASS agentliyi təqdim edib.
Lavrov həmçinin vurğulayıb ki, bu gün Avropa İttifaqı hərbi-siyasi baxımdan NАТО ilə eyni vəziyyətdədir.
“Onların bu prosesləri öz nəzarətlərində saxlamaq istədiklərinə şübhəm yoxdur”, - deyə Sergey Lavrov əlavə edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta