AZ

Vaşinqtonun qubernatorunun COP29-la bağlı TƏƏSSÜRATLARI - ÖZƏL

“Bakıda olmaqdan çox zövq aldıq. Yeni dostlar qazandıq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında ABŞ-ın Vaşinqton ştatının qubernatoru Cey İnsli bildirib.

“Biz Birləşmiş Millətlər Təşkilatının Baş katibi ilə görüşürdük və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün nələr etdikləri haqqında 15 nəfərin çıxışını dinlədik. Bunları eşidəndə ilhamlanırsan və anlayırsan ki, hamımız birlikdəyik.

Mən Vaşinqton ştatını təmsil edirəm. Vaşinqton ABŞ-ın şimal-qərbində yerləşən, 8 milyon əhalisi olan bir ştatdır. Biz iqlim dəyişikliyinə qarşı mübarizədə iştirak edirik. İqlim dəyişikliyi ilə mübarizə üçün Azərbaycan əhalisi də daxil olmaqla hər kəslə birgə çalışacağıq”, - deyə qubernator əlavə edib.

Nuray, Bizim.Media

Seçilən
9
14
bizim.media

10Mənbələr