AZ

Üç böyük güc Ukraynaya Rusiyanı məhv etmək izni verdi- 560 kilometrlik qanadlı raketlər işə düşür...

Image

Tural İsmayılov: "Bu hazırda arxa cəbhədə baş verən Rusiya-NATO qarşıdurmasının ön cəbhəyə keçməsinə və birbaşa qarşılıqlı savaşa səbəb ola bilər"

ABŞ-ın ardınca Fransa və Böyük Britaniya da uzaqmənzilli silahlarla Rusiya ərazisinin dərinliklərinə zərbə endirməyə icazə verdi. Bu barədə bazar günü, noyabrın 17-də TASS məlumat yayıb. 

Kiyev “bu məqsədlər üçün SCALP/Storm Shadow raketlərindən istifadə edə biləcək”. Bu, təxminən 560 km uçuş məsafəsi olan İngilis-Fransız qanadlı hava silahıdır. Daha əvvəl Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov demişdi ki, bu qərarla “Qərb üçüncü dünya müharibəsinin başlamasına yol açır”.

Amerikanın Rusiyanın dərinliklərinə raket zərbələri endirmək üçün icazə verməsi üçüncü dünya müharibəsinin başlamasına səbəb olan misli görünməmiş bir addımdır, lakin Rusiyanın cavabı dərhal olacaq. Bu barədə TASS-a Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib.

"Bu, üçüncü dünya müharibəsinin başlanması istiqamətində çox böyük bir addımdır və amerikalılar bunu iki aydan sonra artıq heç bir şeyə cavabdeh olmayacaq, gedən qocanın əli ilə edəcəklər" - Cabarov deyib.

Məlum olduğu kimi, hələ Rusiya 2022-ci ilin payızında - Ukrayna qoşunlarının əks-hücum əməliyyatlarını uğurla şiddətləndirəndə, işgal altında olan ərazilərinin 80 min kvadratmetrini azad edəndə dünyanı nüvə silahı ilə təhdid etmişdi. Həmin vaxt Vaşinqton ilə Moskva arasında mediaya açıqlanmayan danışıqlar baş tutdu. Bunun ardınca isə Amerika və Qərb verdiyi silahlardan istifadə edərək Rusiyanın dərinliklərinə zəribə endirməyi Ukraynaya qadağan etdi. Qadağanın təfsilatı açiq şəkildə ortada olmasa da, Zelenskinin müsahibələrində qadağaların olmasından əziyyət çəkdikləri barədə fikirlər səsləndirilirdi. Artıq gözlənilənlər, demək olar kı, reallaşdı, Qərb və Amerika Rusiyanın dərinliklərinə zərbə endimək üçün Ukraynaya icazə verdi. Bundan sonra nə baş verəcək, üçüncü dünya müharibəsi başlaya bilərmi?

Sualımıza cavabında politoloq Tural İsmayılov bildirdi ki, fikrimcə, Bayden hakimiyyəti Trampa sakitliklə ötürmək istəmir: "Amerikanın Qərb istehsalı olan uzaq mənzilli raketlərlə Rusyanın dərinliklərinə zərbələr endirilməsinə icazə verməsi düşünülmüş addımdır. Amerikaya və NATO-ya bəllidir ki, Qərbin Ukraynaya verdiyi uzaq mənzilli raketlərdən Rusiyanin dərinliklərində ustifadə edilməsi Moskvanın adekvat cavabına səbəb olacaq. Bu hazırda arxa cəbhədə baş verən Rusiya-NATO qarşıdurmasının ön cəbhəyə keçməsinə və birbaşa qarşılıqlı savaşa səbəb ola bilər. Amma açıq etiraf etməliyik ki, bu gün Co Baydenin timsalında ABŞ-dəki Demokratlar partiyasının dünyadakı siyasi proseslərə münasibəti adekvat deyil. Onlar üçün əsas məsələ öz maraqlarıdır, bundan kənarda Demokratların heç bir qayğısı yoxdur. Demokratlar hakimiyyəti Trampa öturmək ərəfəsində bu tip addımlar atmaqla göstərirlər ki, onların qlobal savaşların qarşısını almaq və s. kimi məsələlərdə heç bir qayğısı yoxdur. Onlar əslində dünyada qarşıdurmalar və müharibələrin artmasında maraqlıdırlar. Onlar dünyada qarışıqlıqlar və müharibələrdən öz xeyirlərinə istifadə etməkdə həm də çox mahirdirlər. Demokratlar dünyanın silah maqnatlarının əlində bir oyuncağa çevriliblər. Məhz bu səbəbdən də Co Bayden hakimiyyətə gələn kimi dünyanın həssas nöqtələri qaynamağa başladı, müharibələrin miqyası genişləndi. Hazırda onsuz da dünyada elan edilməmiş dünya müharibəsi gedir. Bu, Demokratların dünyaya olan "töhfəsidir".

Ekspertin virğuladığı kimi, Rusiya-NATO müharibəsi başlayarsa, Moskvanin bir sutka belə davam gətirmək imkanları mövcud deyil. O halda isə Putin hakimiyyətinin nüvə silahına əl atmaqdan başqa yolu qalmayacaq. Lakin bu da bütün dünyanı məhv edərək savaşı hec-heçə ilə bitirə bilər. Ona görə də, çox güman ki, bugünkü bəyanatlardan sonra Rusiya ilə təmaslar intensivleşəcək və böhrandan müəyyən çıxış yolu tapılacaq.

Dəniz NƏSİRLİ





Seçilən
63
46
baki-xeber.com

10Mənbələr