Dünyanın ən uzun qadını Rumeysa Gelgi və ən qısaboylu qadını Cyoti Amge Londonda görüşüblər.
Publika.az xəbər verir ki, 27 yaşlı Rumeysa Gelgi və 30 yaşlı Cyoti Amge Ginnesin Rekordlar Gününü qeyd etmək üçün İngiltərənin paytaxtı Londonda bir araya gəlib.
Görüş zamanı türkiyəli veb developer Rumeysa Gelgi və hind aktrisası Cyoti Amge həyat təcrübələrini bölüşüblər. Gelgi bildirib ki, boy fərqinə görə göz təması qurmaqda çətinlik çəkirlər:
“Ortaq cəhətlərimiz var. İkimiz də makiyajı, şəxsi baxımı və dırnaq baxımını sevirik”.
Amge qeyd edib ki, özündən uzun boylu insanları görməyə öyrəşib: