Dünyanın ən uzun və ən qısaboy
Busaat.az xəbər verir ki, dünyanınən uzun qadını 27 yaşındakı Rumeysa Gelgi və dünyanın ən qısa qadını 30 yaşlı Jyoti Amge 20-ci Ginnesin Rekordlar Günü qeyd etmələri üçün İngiltərənin paytaxtı Londonda görüşüblər.
Görüş zamanı türkiyəli web developer Rumeysa Gelgi və hind aktrisası Cyoti Amge həyat təcrübələrini bölüşüblər. Boy fərqinə görə tez-tez göz təması qurmada çətinlik çəksələr də, görüşməkdən xoşbəxt olduğunu ifadə edən Gelgi belə deyib: “Ortaq cəhətlərimiz var, ikimiz də makiyajı, şəxsi baxımı və dırnaq baxımını çox sevirik”.
Amge Cyoti isə fikirlərini belə ifadə edib: “Baxdığımda özümdən uzun boylu insanları görməyə öyrəşmişəm, amma bu gün başımı qaldırıb dünyanın ən uzun qadınını görəndə çox sevindim. Rümeysə ilə danışanda özümü çox rahat hiss etdim”.
Rumeysa Gelgi 2 metr 15 santimetr, Amge isə 62,8 santimetr ilə Ginnesin Rekordlar kitabına düşüblər.
Rumeysa Gelgi nadir rastlanan ‘Toxucu’ sindromu səbəbiylə sürətlə böyüyən sümük quruluşuna malikdir. Gündəlik həyatında əlil arabasından istifadə edir. Jyoti Amge də cırtdanlığın bir forması olan “Axondroplaziya” ilə yaşayır.
Hər iki qadın Ginnesin Rekordlar Kitabının 70-ci yubiley kitabına daxil edilərək “ikon” adını aldı.
Zeyd Bağırzadə