Kanadada 2015-ci ildən bəri ən böyük qızılca epidemiyası yayılıb.
Publika.az xəbər verir ki, bu barədə Kanada Səhiyyə Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, bu ilin əvvəlindən ölkədə 130 qızılcaya yoluxma halı qeydə alınıb və 1 nəfər ölüb.
Epidemiya ölkənin altı regionunda - Alberta, Britaniya Kolumbiyası, Kvebek, Nyu-Brunsvik, Ontario və Saskaçevanda qeydə alınıb.