AZ

Əsəd rejimi ilə müxalifət arasında qarşıdurma - Suriyada gərgin dövr

Suriyada Hələb əyalətinin kənd yerlərində Bəşər Əsəd rejiminin əleyhinə olan silahlı “Heyət Təhrir əl-Şam” (HTŞ) arasında toqquşma baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səhər saatlarında başlayan qarşıdurmalarda HTŞ-yə bağlı silahlı qruplar Əsəd rejiminin nəzarətində olan Əl Ragib təpəsi, Kuptan dağı, Debbabat təpəsi, Ancara qəsəbəsi, 46-cı Liva və Kefer Besmeyə hücum edib. 

Bildirilir ki, “Heyət Təhrir əl-Şam” qrupları 32 kənd və məntəqəni ələ keçirib. Münaqişə davam edərkən Əsəd rejimi silahlarla mülki yaşayış məntəqələrini hədəfə alıb. 

Tutduğu bölgələrdə HTŞ Əsəd rejiminə məxsus ağır silahlar və hərbi maşınları ələ keçirib, onlarla rejim əsgərini əsir götürüb.

Rejimlə HTŞ arasında qarşıdurmalar davam edərkən, bölgədəki qarşıdurmalardan qaçan 10 minə yaxın mülki şəxs İdlib çölünə sığınıb. 

Hələbin mərkəzinə doğru şiddətlənən qarşıdurmalar davam edir.

Gülayə Mecid 

Seçilən
3
16
unikal.az

10Mənbələr