Suriya prezidenti Bəşər Əsəd Rusiyaya səfər edib. O, hazırda Moskvadadır.
Publika.az xəbər verir ki, bu barədə Rusiya “Telegram” kanallarında məlumat yayılıb.
Bildirilib ki, B. Əsəd Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
Səfərlə bağlı digər təfərrüatlar açıqlanmayıb.