AZ

6,2 milyon dollarlıq banan yeyildi

Çinli milyonçu Kastin Sun prestijli Sothebys auksionunda 6,2 milyon dollara aldığı, divara lentlə yapışdırılmış bananı yeyib.

KONKRET.az  france24.com-a istinadən xəbər verir ki, hadisə Honq-Konqun ən bahalı otellərindən birində onlarla jurnalistin gözü qarşısında baş verib. O,  italyalı rəssam Mauritsio Kattelanın “simvolik” adlandırdığı mübahisəli  “bananı” yedikcə “həqiqətən də digər bananlardan daha dadlıdır”, deyib. Kattelanın divara yapışdırılmış banan quraşdırması ilk dəfə 2019-cu ildə Mayamidə Art Basel müasir incəsənət sərgisində təqdim edilib. Həmin vaxt Kattelan bananı 30 sentə aldığını etiraf edib. Sonradan instalyasiya 120 min dollara satılmışdı.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
13
2
konkret.az

4Mənbələr