AZ

Milyarder 6,2 milyon dollarlıq bananı yedi - video

Kriptovalyuta sahəsində fəaliyyət göstərən çinli sahibkar Castin San italiyalı rəssam Mauriso Kattelanın hazırldaığı instalyasiyanın bir hissəsi olan banan yeyib.

Noyabrın 20-də San  “Sotheby’s” hərracında Kattelanın instalyasiyasını - ağ divara yapışdırılmış bananı 6,2 milyon dollara alıb. İş adamı əsəri “incəsənət, memlər və kriptovalyuta aləmini birləşdirən” mədəni fenomen adlandırıb. 

Döşəmədən 160 santimetr hündürlükdə ağ divara gümüş lentlə yapışdırılmış banan formasındakı instalyasiya ilk dəfə Mauritsio Kattelan tərəfindən 2019-cu ilin dekabrında Mayamidəki Art Basel beynəlxalq müasir incəsənət sərgisində nümayiş etdirilib. O, bu əsəri “Komediyaçı” adlandırıb.

Əsər sərgiləndikdən sonra Perrotin Qalereyası Kattelanın üç bananını hər birini 120.000-150.000 dollara satıb. Digər rəssam David Datuna qalereyada nümayiş etdirilən bananlardan birini yeyib.

 

Seçilən
12
1
buta.media

4Mənbələr