AZ

6,2 milyona aldığı “sənət əsəri” bananı yedi - Video

TRON blokçeyn platformasının yaradıcısı Castin San “Sotheby's” auksionunda 6,2 milyon dollara aldığı divara lentlə yapışdırılmış bananı yeyib.

Kult.az xəbər verir ki, San “sənət əsərini yemə prosesini” Honq-Konqun ən bahalı otellərindən birində müxbirlərin gözü qarşısında icra edib.

“O, həqiqətən də digər bananlardan daha dadlıdır", - San bananı yeyərkən deyib.

Qeyd edək ki, divara yapışqan lentlə yapışdırılan banan italyan rəssamı Mauritsio Kattelanın “simvolik” kimi qələmə verilən mübahisəli “Komediyaçı” instalyasiyasıdır. İlk dəfə 2019-cu ildə Mayamidə “Art Basel” müasir incəsənət sərgisində təqdim edilib və 30 sentə alınan banan 120.000 dollara satılıb.

Seçilən
1
1
axar.az

4Mənbələr