Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Yokogawa Electric” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
"Far.Az" bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, sənədə şirkətin prezidenti Rövşən Nəcəfin “Yokogawa Europe B.V.”nin prezidenti, eləcə də “Yokogawa Electric Corporation”ın vitse-prezidenti Seita Hagihara ilə keçirdiyi görüşdə imza atılıb.
Memorandum şirkətlərarası əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.