AZ

SOCAR ilə “Yokogawa Electric” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Yokogawa Europe B.V.”nin prezidenti və “Yokogawa Electric Corporation”ın vitse-prezidenti Seita Hagihara ilə görüşüb.

Fins.az bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, görüş çərçivəsində SOCAR ilə “Yokogawa Electric” şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum şirkətlər arasında mövcud əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerji səmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti, emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digər istiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrası imkanlarını araşdıracaqlar.

Fuad Mədətov
Fins.az

Seçilən
15
6
fins.az

10Mənbələr