AZ

SOCAR ilə “Yokogawa Electric” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti RövşənNəcəf “Yokogawa Europe B.V.”nin prezidenti və “Yokogawa ElectricCorporation”ın vitse-prezidenti Seita Hagihara ilə görüşüb.

Trend bubarədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, görüş çərçivəsində SOCAR ilə “Yokogawa Electric”şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Memorandum şirkətlər arasında mövcud əməkdaşlığıngenişləndirilməsini nəzərdə tutur.

Sənədə əsasən, tərəflər istehsalın optimallaşdırılması, enerjisəmərəliliyinin artırılması, dekarbonizasiya fəaliyyəti,emissiyaların azaldılması, habelə rəqəmsallaşdırma və digəristiqamətlərdə əməkdaşlıq edəcək, birgə layihələrin icrasıimkanlarını araşdıracaqlar.

Məqalədə:
Seçilən
13
11
az.trend.az

10Mənbələr