Rusiyanın Krasnodar şəhərində məktəbli TikTok-dakı trendi təkrarlamaqla büzdüm sümüyünü sındırıb.
News24.az medianews.az-a istinadən xəbər verir ki, hadisə böyük sinif şagirdlərinin Supermenin uçuşunu balaca sinif şagirdi üzərində canlandırdıqları zaman baş verib.
Uşağı qucağına alan yeniyetmələr onu həddindən artıq yüksəyə atıblar. Uşaq yerə yıxalaraq ağır xəsarət alıb. Hadisə videoya çəkilib.
Daha sonra hadisə yerinə həkimlər və uşağın anası gəlib. Şagirdin özünün dediyinə görə, o, yaddaşını itirib, baş və ayağına ağırlar olub.
Həkimlər məktəbliyə üç ay ərzində hər hansı bir fəaliyyətə qadağa qoyublar. O bir neçə həftə evdə qalacaq.
Hadisə ilə bağlı araşdırma aparılır.