Rusiyanın miqrasiya orqanları Krasnodardakı məktəblərdən birində bıçaqlanan şagirdin valideynlərini Ermənistana deportasiya edə bilər.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Xatırladaq ki, hadisə dekabrın 6-da baş verib və münaqişə nəticəsində iki yeniyetmə bıçaqlanıb.
Faktla bağlı səhlənkarlıq və xuliqanlıq maddələri ilə cinayət işi açılıb. Regional əməliyyat qərargahının daha sonra aydınlaşdırdığı kimi, zərərçəkənlər xəstəxanadan buraxılıb və ambulator müalicəyə göndərilib.
Daha sonra məhkəmə xuliqanlıqda şübhəli bilinən məktəblinin həbsindən imtina edib. Onun barəsində müəyyən hərəkətlərə qadağa qoyulması şəklində qabaqlayıcı tədbir seçilib: onun məktəbə getməsinə və internetdən istifadəsinə icazə verilmir. Həmçinin şagirdin valideynlərinin Ermənistandan Rusiya Federasiyasına gəlmə və orada olma qaydalarının pozulması da araşdırılır.