1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin və Tovuz Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdikləri birgə tədbirlər nəticəsində külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Oxu.Az bu barədə DGK-nın məlumatına istinadən xəbər verir.
Bildirilib ki, Gürcüstan istiqamətindən "Qırmız körpü" gömrük postu ilə ölkə ərazisinə daxil olan, mal müşayiət sənədlərində qeyd olunan "kartof" yükündən gizlətmə vasitəsi kimi istifadə edilən yük avtomobilinin qoşqusundan 185 729 qutu pirotexniki vasitə və 2485 ədəd fişəng aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.