"Suriyadakı proseslər bütün dünyanın gözünün önündədir"
Bunu Bakıda keçirilən "Parlamentarizm: Ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransına qatılan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay hakimiyyet.az-ın sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Türkiyənin prioriteti sülhün əldə olunması, terrora son qoyulmasıdır:
"Türkiyə PKK-nın hansısa bir uzantısının Suriyada terror dövləti qurmasına icazə verməyəcək. Münaqişənin necə nəticələnəcəyi məlum deyil. Amma bəzi qüvvələrin bunu fürsətə çevirməsi, hansısa terror dövləti qurmağa çalışması müsbət nəticələnməyəcək. Nəyin bahasına olur-olsun, Türkiyə buna imkan verməyəcək. Biz ümid edirik ki, ən qısa müddətdə Suriyada sabitlik bərqərar olacaq, insanlar öz torpaqlarına qayıdacaqlar. Amma hələ ki bu durumda real görünmür".
Mərahim Nəsib