Türkiyə PKK-nın hansısa bir qolunun Suriyada terror dövləti qurmasına icazə verməyəcək.
Aznews.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Suriyadakı proseslər bütün dünyanın gözü önündədir. Türkiyənin prioriteti sülhün əldə olunması, terrora son qoyulmasıdır.