AZ

"Türkiyə Suriyada terror dövləti qurulmasına icazə verməyəcək"

Türkiyə PKK-nın hansısa bir qolunun Suriyada terror dövləti qurmasına icazə verməyəcək. SİA xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Suriyadakı proseslər bütün dünyanın gözü önündədir. Türkiyənin prioriteti sülhün əldə olunması, terrora son qoyulmasıdır: "Suriyadakı münaqişənin necə nəticələnəcəyi məlum deyil. Amma bəzi qüvvələrin bunu fürsətə çevirməsi, hansısa terror dövləti qurmağa çalışması müsbət nəticələnməyəcək. Nəyin bahasına olur-olsun, Türkiyə buna imkan verməyəcək. Biz ümid edirik ki, ən qısa müddətdə Suriyada sabitlik bərqərar olacaq, insanlar öz torpaqlarına qayıdacaqlar. Amma hələ ki bu, real görünmür".

Seçilən
16
17
sia.az

10Mənbələr