Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı vəziyyətlə əlaqədar Rusiya donanmasının gəmilərinin Tartusdakı hərbi bazadan çıxması barədə məlumatları təkzib edib.
Bu barədə “İnterfaks” məlumat yayıb.
O bildirib ki, Aralıq dənizində hərbi-dəniz təlimləri keçirilir, ola bilsin, sizin peyk şəkilləriniz başqa bir şeylə qarışdırılıb", - o, Doha Forumunda jurnalistlərə bildirib.
Daha əvvəl KİV-lər peyk şəkillərinin məlumatlarına əsaslanaraq Rusiya gəmilərinin hərbi bazanı tərk etdiyi barədə məlumat vermişdi.