AZ

Rusiya donanması Suriyadan geri çəkilir?


7NEWS.az xəbər verir ki, Heyət Təhrir əl-Şamın (HTŞ) başçılıq etdiyi rejim əleyhdarı qrupların Bəşər Əsəd rejimini devirməsindən sonra Rusiya donanmasının gəmilərinin Suriyadan çəkilməyə başladığı iddia edilib. Rusiyanın öz ərazisindən kənarda yeganə hərbi dəniz bazası olan Tartus Dəniz Bazasındakı döyüş gəmiləri bir-bir limanı tərk edib. Rusiya donanmasının ən müasir gəmilərinə ev sahibliyi edən baza illərdir Aralıq dənizində ordunun logistika mərkəzi olub. Yayımlanan peyk fotoşəkilləri Rusiya gəmilərinin Suriyadan çəkiləcəyi ilə bağlı iddiaları gündəmə gətirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlamasında donanmanın geri çəkilməsi ilə bağlı iddiaları təkzib edib.
Seçilən
32
4
7news.az

4Mənbələr