AZ

Lavrov Tartusdan Rusiya gəmilərinin çıxması barədə bəyanatları təkzib edib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyadakı vəziyyətlə əlaqədar Rusiya donanmasının gəmilərinin Tartusdakı hərbi bazadan çıxması barədə məlumatları təkzib edib.

“Far.Az” xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

O bildirib ki, Aralıq dənizində hərbi-dəniz təlimləri keçirilir, ola bilsin, sizin peyk şəkilləriniz başqa bir şeylə qarışdırılıb", - o, Doha Forumunda jurnalistlərə bildirib.

Daha əvvəl KİV-lər peyk şəkillərinin məlumatlarına əsaslanaraq Rusiya gəmilərinin hərbi bazanı tərk etdiyi barədə məlumat vermişdi.

Seçilən
35
4
far.az

4Mənbələr